Türkiyə İdlibdə yeni hərbi əməliyyata başladığını elan etdi

0
113

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərbçisinin şəhid edilməsindən sonra yeni hərbi əməliyyata başlayıb.

TEREFSİZ.AZ –ın xəbərinə görə, “Bahar qalxanı” adı verilən əməliyyat haqqında Türkiyə Müdafiə naziri Hulisi Akar məlumat verib.

H.Akar son üç gün ərzində İdlibdə Suriya rejiminə məxsus bir pilotsuz uçuş aparatı, səkkiz vertolyot, 103 tank, 72 top, üç hava hücumundan müdafiə sistemi, 2212 hərbçinin məhv edildiyini açıqlayıb. O, İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətləri olmadıqlarını da qeyd edib:

“Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısını almaqdır. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarını dayandırıb, Soçi razılaşması sərhədlərinə çəkilməsi üçün nüfuzundan istifadə etməyidir”.