Avropanın daha bir ölkəsində koronavirusa yoluxma halı qeydə alınıb.
TEREFSİZ.AZ xəbər verir ki, Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.
Ölkənin səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanların hər üçü İtaliyadan Çexiyaya gəlib.
Onlardan biri isə Milanda təhsil alan amerikalı qadındır.