Azərbaycanda dərsdən qalan şagirdlərdən koronavirusa görə arayış tələb edilir? – RƏSMİ

0
145

Təhsil Nazirliyindən məktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsinə münasibət bildirilib.

TEREFSİZ.AZ -ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, belə bir qərar verilməyib:

“Koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib. Uşaqlardan da belə bir sənəd tələb olunmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsi ilə bağlı məlumat yayılıb.