Marsda çəkilən şəkil alimləri ümidləndirdi: burada həyat ola bilər

0
161

“NASA” Mars planetinin səthində yerləşən qəribə dəliyin şəklinin paylaşıb.

TEREFSİZ.AZ xəbər verir ki, dəlik planetin ən hündür nöqtələrindən biri sayılan Pavonis adlı sönmüş vulkanın cənub-qərb yamacında yerləşir.

Qeyd etmək lazımdır ki, dəliyin eni 35 metr, dərinliyi isə 20 metrdir.

Bəzi alimlər bu cür yeraltı “mağaralarda” canlı orqanizmlərin yaşadığını ehtimal edir.

Onların fikrincə planetin səthi ilə müqaisədə, bu cür yerlərdə həyatın mövcud olması üçün zəruri şərait var.

“NASA” gələcəkdə bu cür yerləri daha ətraflı öyrənmək fikrindədir.