Bu gün Beynəlxalq Qadınlar Günüdür.

0
119

8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günü tarixə həkk etmiş qadınlardan başlayaraq, daim cəmiyyətdə öz sözünü deyən, demək istəyən, cəmiyyətdə yalnız qadın cinsinin nümayəndəsi kimi yox, bir fərd olaraq, bir şəxsiyyət olaraq öz yerini tutaraq, kişilərlə çiyin çiyinə mübarizə aparmaq, işləmək, təhsil almaq, söz haqqına sahib olmaq və bunu bacaran qadınların bayramıdır. Çünki haqq verilmir, haqq alınır. Şərqdə 1918-ci ildə qadına seçib, seçilmək haqqını verən Azərbaycanda indiyə kimi qadın obrazı yalnız, ana, bacı, həyat yoldaşı deyil, qadın həm də cəsarət, güc, möhtəşəmlik simvoludur. Əziz qadınlarımız, bayramımımız mübarək olsun. Sizi Terefsiz.az kollektivi adından təbrik edir, can sağlığı və sevinc dolu günlər diləyirəm.

müəllif: Xanım Əliyeva