Milyarderlərin harada yaşamalarını seçə bilməsinə baxmayaraq, onlar əsasən müəyyən ölkələrə üstünlük verirlər. Hazırda dünyada 1 732 milyarder var.
“Knight Frank” şirkəti tərəfindən hazırlanmış milyarderlərin ən çox yaşadığı ölkələrin reytinqini təqdim edirik:
10. İtaliya
İtaliyada hazırda 43 milyarder yaşayır. 2013-cü ildən onların sayı iki dəfə artıb.
Ölkənin ən zəngin insanı “Ferrero Group” şirniyyat istehsalı şirkətinin rəhbəri Covanni Ferrerodur. Onun sərvəti 32 milyard dollar dəyərindədir.
9. Cənubi Koreya
2013-cü ildə ölkədə cəmi 24 milyarder yaşayırdı. O zamandan bəri onların sayı təxminən iki dəfə artıb və hazırda 44 nəfərdir.
8. Kanada
Hazırda Kanadada 46 milyarder yaşayır. Hər milyarderin orta sərvəti isə 3 milyard dollara müvafiqdir.
7. Böyük Britaniya
Kiçik bir ölkə olmasına baxmayaraq, Böyük Britaniyada 54 milyarder yaşayır.
6. Honkonq
Son beş il ərzində Honkonqda milyarderlərin sayı 24 nəfər artaraq, hazırda 64 milyarder təşkil edir. Dünyanın ən bahalı daşınmaz əmlak obyektləri, demək olar ki, onlara məxsusdur.
5. Rusiya
Rusiya onluğa daxil olan yeganə ölkədir ki, 2013-cü ildən 2018-ci ilə qədər milyarderlərin sayı azalıb. Hazırda ölkədə 101 milyarder yaşayır.
4. Hindistan
Son beş ildə Hindistanda milyarderlərin sayı 116% artıb. Hazırda ölkədə 119 milyarder yaşayır. Mumbay hind milyarderlərinin sevimli şəhəridir.
3. Almaniya
Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır. Ona görə də təəccüblü deyil ki, Avropada ən çox milyarderlər məhz burada yaşayır. Hazırda onların sayı 123 nəfərdir.
11 ən zəngin almanın ümumi sərvəti 187 milyard dollara çatır.
2. Çin
Cəmi beş il ərzində ölkədə milyarderlərin sayı 206% artıb. Hazırda Çində 373 milyarder yaşayır.
Çinin ən zəngin adamı sərvəti 39 milyard dollara çatan “Alibaba”nın təsisçisi Cek Madır.
1.ABŞ
Amerika dünyada milyarderlərin konsentrasiyasının əsas mərkəzi olaraq qalır.
Ən çox milyarder bu ölkədə yaşayır. Hazırda ABŞ-da 585 milyarder var.
Dünyanın ən zəngin insanları olan Ceff Bezos, Bill Qeyts və Mark Zukerberq onların sırasındadır. Onların ümumi sərvəti 300 milyard dollar təşkil edir.
istinad:oxu.az