Latviyada soxulcanlardan desert istehsal etdilər

0
160

Latviyalı alimlər soxulcanlardan desert hazırlayıblar.

“Mir24.tv” xəbər verir ki, onlar bu konfetlərin ucuz və sərfəli olduğunu iddia edirlər.

Layihədə iştirak edən İlqa Gedrovitsa adlı mütəxəssis daha faydalı, eyni zamanda ucuz və ekoloji cəhətdən təmiz müasir qida axtarışında olduğunu bildirib.

Onun fikrincə, soxulcanlar keyfiyyətli rasiona ideal əlavədir.

“Onları bəsləmək asandır, Antarktidadan başqa hər yerdə yaşayırlar. Soxulcanlar proteinlə zəngindirlər. Ətlə müqayisədə bir soxulcanda protein üç dəfə çoxdur”, – deyə o bildirib.

istinad:oxu.az