Bakıda nazirlik əməkdaşını maşın vurdu

0
152

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.

Həmin yolda hərəkətdə olan “Hyundai” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində zərbənin təsirindən avtomobillərdən biri yolu keçən qadını vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan qadın Ədliyyə Nazirliyinin əməkdaşıdır.

istinad:oxu.az