Yunanıstanda karantin qaydalarını pozan şəxsləri həbsə məhkum etdilər

0
107

Yunanıstan məhkəmələri karantin qaydalarını pozan şəxslərlə bağlı qərarlar çıxarıb.

“Proto tema” dərgisi xəbər verir ki, bu qaydaları pozan şəxslərin işinə xüsusi məhkəmələr baxıb.

Ötən günlər ərzində karantinə baxmayaraq taverna və bərbərxana işlədən 172 nəfər həbs edilib.

Onların əksəriyyəti cərimələnərək azadlığa buraxılıb.

Lakin məhkəmənin qərarı ilə iki nəfər bir il müddətində azadlıqdan məhrum edilib və 300 avro cərimə ödəməli olub.

istinad:oxu.az