Çin bu dəfə zəlzələ ilə silkələndi

0
163

Çinin cənub-qərbində güclü zəlzələ baş verib.

TASS xəbər verir ki, Tibet Muxtar rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla 09:33-də Şiqadze şəhəri yaxınlığında baş verən təkanların episentri yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, zəlzələ baş verən ərazidə 845 000 insan yaşayır.

istinad:oxu.az