” Dırnaqla Ev Tikirəm ” – Bənövşə Mahmudqızı

0
643

” Dırnaqla ev tikirəm ”

Səhvlərim olur arada
Səhv insana məxsus axı…
Əhvlərin olsun arada,
Ey yaradan!
Qəribədir həyatım…
Onu silim, atım?
Yox, asan yoludur.
Bunu edən doludur.
Mənim sağım mübarizə,
Mənim solum mübarizə,
Mənim yolum mübarizə.
Dırnaqla qəbir qaziram
– Deyir çətinə düşənlər.
Dırnaqla ev tikirəm,
Buna nə deyər,
Ayağı ilişənlər?

Bənövşə Mahmudqızı