Fransız modelyer Jan-Pol Qotye 1990-cı illərdə “Jean Paul Gaultie” adlı moda evinin maraqlı təqdimatını yada salıb və qeyd edib ki, onun fikrincə, fövqəladə vəziyyət üçün bu paltar uyğun gəlir.
Brendin “Instagram” hesabında həmin seriyadan bir neçə şəkil paylaşılıb.
Dərc olunmuş şəkillərdə görünür ki, podiuma çıxan model ağ toxunma don geyinib və üzərində tualet kağızlarının keçirilməsi üçün xüsusi tutqaclar olan papaq taxıb. Həmin gün, o, dizaynerin 1992-ci ilin payız-qış kolleksiyasını nümayiş etdirirdi.
““#JeanPaulGaultier”dən fövqəladə vəziyyət üçün dəst”, – deyə modelyer posta şərh yazıb.
Jan-Pol Qotye karyerasına Pyer Kardenin evində başlayıb, lakin 1976-cı ildə öz brendini yaradıb. Dizayner Madonna, Merilin Menson, Kayli Minouq, Milen Farmer və digər dünya ulduzları üçün səhnə kostyumları yaradıb.