Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Terefsiz.az xəbər verir ki, hadisə ötən gün rayonun İ.İsmayılov küçəsi 7 ünvanında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Mirsəlimov sözügedən ünvanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.
E.Mirsəlimov qarın boşluğuna daxilə nüfuz edən bıçaq yarası ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
istinad:oxu.az