Koronavirus hava ilə yoluxmur

0
116

“Koronavirusun hava ilə əlaqəsi yoxdur. Çünki bu, damcı yolu ilə insandan insana keçən infeksiyadır. Burada izolyasiya önəmlidir. “Evdə qal” mesajını hər zaman verməliyik”.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bunu Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü, professor Levent Yamanel deyib.

Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının Reanimasiya və Daxili Xəstəliklər üzrə mütəxəssisi Yamanel koronavirusun havada toz hissəciklərində yaşaya bilmədiyini vurğulayıb:

“Vərəm çöpü kimi mikroblar havada asılı qala bilirlər, lakin koronavirus elə deyil. Bu, damcı infeksiyası olub, xəstənin öskürməsi, asqırması və ya danışması zamanı xaric olaraq havada qalmadan yerə düşən infeksiyadır. Cansız səthlərdə də bir müddət qala bildiyi üçün insanlara ən az 20 saniyə əllərini yumaq tövsiyə edilir”.

istinad:oxu.az