İsraildə son 24 saat ərzində koronavirusdan beş nəfər ölüb.
Bu barədə “RİA Novosti” İsrail Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Ümumilikdə, ölkədə COVID-19 diaqnozu qoyulan 2030 xəstə var.
37 nəfərin vəziyyətinin ağır olduğu, 58 xəstənin isə sağaldığı bildirilir.
İsrail hökuməti virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görür. Ölkədə vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.
istinad:oxu.az