Bu ölkədə koronavirusdan ölənlər qardaşlıq məzarında dəfn olunacaq

0
130

Ekvadorun ən böyük şəhəri, hazırda ölkədə ən çox koronavirusa yoluxma halının qeydə alındığı Quayakil şəhərində COVID-19 qurbanlarının qardaşlıq məzarlığında dəfn olunması planlaşdırılır.

Bu barədə “Ecuavisa” telekanalı xəbər verib.

Bildirilir ki, qəbiristanlıqların birində ilkin olaraq 300 ölü üçün nəzərdə tutulmuş uyğun yer seçiləcək. Zərurət yaranarsa, əlavə yer artırıla bilər.

Ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qəbiristanlıqda daha sonra mavzoley yaradılması planlaşdırılır.

Təşəbbüs ölkə sakinlərinin əksəriyyətinin ağır maddi durumu ilə əlaqədar yaxınlarını dəfn etmək imkanlarının olmaması səbəbindən irəli sürülüb.

Qeyd olunur ki, hazırda ölkədə virusa yoluxanların 71 faizi Quayakildə yaşayır.

istinad:oxu.az