Tramp: ABŞ-ı çox ağır iki həftə gözləyir

0
92

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftənin koronavrius pandemiyası ilə bağlı ölkə üçün çox ağır və ağrılı olacağını bildirib.

“Mütəxəssislərin proqnozuna əsasən, bizi çox ağır iki həftə gözləyir…Sonra biz qaranlıq tonelin sonunda işıq görəcəyik. Lakin yenə də bu iki həftə olduqca ağrılı olacaq”, – deyə D.Tramp brifinqdə əlavə edib.

“RBC” xəbər verir ki, ABŞ-da hal-hazırda 181 mindən çox insan koronavirusa yoluxub.

3600 insan isə xəstəlik ucbatından vəfat edib.

istinad:oxu.az