Sılanın Ahmet Kural üzərində zəfəri

0
343

Tərəfsiz.az saytı Türkiyə KİV – Ə istinadən xəbər verir ki, məşhur Türk müğənnisi Sıla və onun keçmiş sevgilisi məhşur aktyor Ahmet Kural arasında olan münaqişənin məhkəmə prossesi başa çatıb. Məhkəmə Sılanın lehinə qərar verib.

Terefsiz.az saytı məhkəmə prossesində baş verənləri təqdim edir:

Türkiyəli aktyor Ahmet Kural, müğənni Sıla Gencoğluna qarşı günahlarına görə məhkəmə olunub. Ahmet Kural Sılaya təhqir, onu təhdit ve yaralamaq günahına görə ittiham edilib. Ahmet Kuralın günahı sübut olunduğuna görə ona 1 il 4 ay 20 gün  həbs cəzası verilib. İstanbul 60  nömrəli Hüquq məhkəməsində baxılan məsələyə Ahmet Kural özü, Sıla və hər ikisinin vəkilləri hazır olublar. Məhkəməni çoxlu sayda adamlar izləyib. Ahmet Kural hakimdən başqa şahidlərin də dindirilməsini və özünün lehinə təzə dəlillər tapılması üçün istintaq aparılmasını tələb edib, ancaq hakim onun tələbini rədd edib.  Hakim onun tələbini rədd edəndə Ahmet Kuralın vəkilləri də məhkəmədən hakimin dəyişməsini və məhkəmənin yenidən qurulmasını tələb ediblər. Vəkillərin bu tələbini də rədd edən məhkəmə  rəisi Ahmet Kuraldan son sözlərini soruşub, Ahmet Kural Məsum olduğunu, deyib, Sılaya da narkotik analizi edilsin dedikdən sonra, bəraətini tələb edib. Məhkəmə heyəti bir qərara gəlmək üçün məhkəmə iclasını bir müddət dayandırıb və sonra iclasın qərarını açıqlayıb; ” Buna görə Ahmet Kural 1 il 4 ay 20 gün  həbs cəzasına məhkum edilib. Ancak onun cəzası təxirə salınıb “.
Türkiyə qanunlarına görə belə günahları ilk dəfə işləyənlərə həbs cəzası verilsə də, onların cəzası pul cəzasına çevrilib təxirə salınır. Məhkəmənin qərarından sonra müğənni Sıla-  məhkəmənin ona ürək – dirək verdiydini deyib hislərini şərh edib: ” Çox şadam, Türk ədalətinə və məhkəməsinə inamım tamdır. Məhkəmənin bu qərarı mənim günümə düşmüş qadınlar üçün ümid oldu.  Mən bu keçən zamanda çox çətin günlər keçirdim, mənə müxtəlif şər və böhtankar atdılar. Amma bu gün Türk ədaləti qadınlara  şiddət göstərənlərə gözəl bir nümunə verdi. Susmaq lazım deyil. Biz qadınlar susmayaq ki, bəlkə bizim kimi qadınlara da kömək olduq ” – dedi. Sılanın vəkili də Ahmet Kuralın narkotik maddələrdən istifadəsini sübut etdiklərini və Ahmet Kuralın  Sılaya qarşı günahlarına görə haqq etdiyi cəzanı gördüyünü dedi.

Terefsiz.az