KİV: Tramp ABŞ kəşfiyyatının koronavirusla bağlı xəbərdarlığını qulaqardına vurub

0
136

Amerika kəşfiyyatı ABŞ Prezidenti Donald Trampa məruzələrində yeni koronavirus infeksiyasının yaratdığı təhlükənin ciddiliyi barədə dəfələrlə xəbərdarlıq edib. Bu məsələ ilk dəfə yanvarın 3-də keçirilən brifinqində qaldırılıb.

Bu barədə “The Washington Post” qəzeti yazır.

“Lakin ilk xəbərdarlığın üstündən 70 gün keçib. Artıq o zaman koronavirusa nəzarət altına alınan qrip kimi deyil, ölümcül təhlükə kimi baxmaq lazım idi”, – deyə nəşr yazır.

Qəzet qeyd edir ki, pandemiyaya qarşı mübarizədə ən böyük boşluq koronavirus testlərinin hazırlanmasında verilib. Əgər onlar vaxtında hazırlansaydılar, infeksiya ocaqlarının ilk xəritələrini tərtib etmək və karantin tədbirlərini tətbiq etmək mümkün olardı.

Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ ərazisində koronavirus infeksiyasına 300 mindən çox yoluxma halı qeydə alınıb, ölənlərin sayı 8,2 mini keçib. 14,5 mindən artıq insan isə müalicə alıb.

istinad:oxu.az