Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, Cənubi Sudanda bir nəfər koronavirusa yoluxub.
Bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.
Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır.
Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.
istinad:oxu.az