Çexiyada nudistləri maska taxmağa məcbur etdilər

0
117

Çexiyanın Lazne-Boqdaneç kurort şəhərinin hakimiyyəti mülayim hava şəraitində istirahət etmək istəyən çoxlu sayda nudistə xəbərdarlıq edib.

“Daily Star” xəbər verir ki, günəşlənmək üçün çimərliyə gələn insanlar koronavirusdan qorunma qaydalarına əməl etməyiblər.

Xəbərdarlıqda müəyyən olunmuş yerlərdə vətəndaşların çılpaq gəzə bildiyi, lakin ağızlarını maska ilə örtməsinin zəruri olduğu bildirilib.

Qeyd etmək lazımdır ki, çimərlikdə istirahət edən nudistlər xəbərdarlıqdan sonra tələblərə riayət edib.

istinad:oxu.az