Azərbaycanda balıq ovuna moratorium elan edilir

0
128

“Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar may ayının 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq”.

Terefsiz.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinin, qorunmasının günümüzün ən aktual məsələlərindən biri olduğunu qeyd edib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya, qaydalara əməl etməyə çağırıb.

istinad:oxu.az