“Zonki”: Fermadan qaçan zebra uzunqulaqdan balaladı – FOTO

0
154

Keniyanın Çulu Milli parkında zebra ilə uzunqulağın hibridi olan “zonki” doğulub.

“NDTV” xəbər verir ki, 2019-cu ildə parkdan Şərqi Çavo bölgəsinə qaçan dişi zebra yerli sakinə məxsus olan heyvan sürüsünə qoşulub.

Bir müddət sonra parkın əməkdaşları qaçmış heyvanı taparaq brakonyerlərlə mübarizə mərkəzinə gətirib.

Mərkəzə uyğunlaşan zebra 2020-ci balalayıb. Lakin dünyaya gələn sarımtıl qəhvəyi rəngli heyvan görənləri çaş-baş salıb, çünki zebralara məxsus zolaqlar onun yalnız ayaqlarında olub.

Buna diqqət yetirən mərkəzin əməkdaşları ilk növbədə onun palçıqda çox qalması səbəbindən bu rəng almasını ehtimal ediblər.

Amma sonra məlum olub ki, bu canlı “zonkidir”. Qeyd etmək lazımdır ki, bu cür hibridlər normal qaydada yaşaya bilsələr də bala vermir.