Jurnalistə cinayət işi açıldı

0
155
“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. 
Terefsiz.az xəbər verir ki, aprelin 13-də Xətai Rayon Polis İdarəsində bu ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində tanınan T.Mirələmli barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Jurnalistə cinayət işi özünü “videobloger” kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə başlanılıb.
 Təzəxan Mirələmli Ata Abdullayevə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, xuliqanlıq edildiyi iddia olunur.
Qərarda deyilir ki, fevralın 26-da Xocalı prospektində “Ana harayı” abidəsinin qarşısında Ata Abdullayevin sifətinə vurulub, çənəsi sıyrılıb, qançır olub.