Kamil Zeyanlovdan icra başçısının özbaşnalığına sərt reaksiya – Video

0
420

Pirallahı qəsəbəsində yaşayan ailəyə yardım məqsədiylə Kamil Zeynalov və yardımsevər insanların təşəbbüsü ilə bir neçə vaxt öncə baş çəkilib. Kamil Zeynalov Pirallahının icra başçısının müavini İsmayıl adlı şəxslə söhbət etdiyini və o şəxsdən bu ailəyə bir yardım gəlməyəcəyi cavabıyla üz-üzə qalıb. Kamil Zeynalovun sözlərinə görə həmin şəxs bu ailənin iki ildən sonra köçürüləcəyini və yaxın iki il ərzində icra planını göstərib. İcra başçısının nümayəndəsindən kömək gəlməyəcəyini analayan Kamil Zeyanlov özü və bu ailəyə yardım etmək istəyən şəxslərlə birləşib bu ailə üçün ev tikmək, eləcə də ehtiyacları olan ləvazimatlarla təmin etmək niyyətiylə birləşiblər. Daha sonra Kamil  Zeynalov bildirib ki, bu ailəni ona İnci adlı xeyirsevər xanım tanıdım. Zeynalovun icra nümayəndəsi ilə söhbətdən sonra icra nümayəndəliyindən İnci xanıma xəbərdarlıq olunduğunu və İnci xanım təlaş içində onunla əlaqə yaradaraq artıq Pirallahıda heç bir ailəyə yardım etməyəcəyini bildirib.

Kamil Zeynalov bu haldan qəzəblənərək icra nüemayəndələrinə səsləndi: “Cənab Prezident səni, ora o kresloya otuzduranda, o dədənin kreslosu deyil, o Cənab prezidentimin kreslosudu. Ay Pirallahının icra başçısı, deyib ki, bu kasıb ailələrə kömək edin. Sizin etdiyiniz hər bir yaxşılıq Cənab Prezidentə, onun xanımına, onun ailəsinədir, xalqadır, əhaliyədir dövlətədir. Cənab Prezident ora sizi təyin etməyib ki kor olub, görməyəsiz.”

Terefsiz.az bildirir ki, Ailənin həyətində evin tikilməsinə qarşı o torpaqlarda neft sərvətinin olması ilə əsaslandırılır. Amma buna baxmayaraq Kamil Zeynalovun xahiş etdiyi iki sot torpaqla da təmin edilmir. Ailə bildirir ki, dəfələrlə icra başçısının görüşündə olsa da evlə təmin edilməkdən imtina cavabı alıb.

Bundan sonra Kamil Zeyanlov ailənin necə acınacaqlı vəziyyətdə yaşadığını, həyətdəki hamam və sanitar qovşağı görsədib. Ailəylə sağollaşan Kamil Zeyanlov, bu məsələyə yenidən qayıdacağını bildirib.