Türkiyədə neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?

0
98

“Türkiyədə altı nəfər azərbaycanlı COVİD-19-a yoluxub”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Real Tv”yə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmyerlilərimiz 20-50 yaş aralığındadır:

“Hazırda səfirlikdə altı nəfərlə bağlı məlumat var. Onlarda koronavirus aşkarlanıb. Demək olar, əksəriyyəti evə buraxılıb. Yalnız bir nəfər xəstəxanadadır. Onun da vəziyyəti qənaətbəxşdir. Xəstələr arasında ən yaşlısının 50 yaşı var. Pasiyentlərdə xüsusi simptomlar olmayıb”.