Makron Fransanın koronavirus epidemiyasına hazır olmadığını etiraf etdi

0
123

Fransa Prezidenti Emmanuel Makron ölkənin koronavirus pandemiyasına tam şəkildə hazır olmadığını etiraf edib.

“RİA Novosti” xəbər verir ki, onun sözlərinə görə, bu prosesdə bir sıra çatışmazlıqlar üzə çıxıb.

“Biz buna hazırıq? Görünür ki, lazımi qədər yox. Hər yerdə olduğu kimi, Fransada da çox mürəkkəb addımlar atılmalı idi. Lakin bizdə olan məlumat tam deyildi və hərdən bir dəyişirdi”, – deyə Makron qeyd edib.