Bakıda qarajdan meyit tapılıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə aprelin 14-də Xətai rayonunda qeydə alınıb.
Süleyman Vəzirov küçəsində yerləşən yaşayış binasının zirzəmisində olan yeraltı qarajdan kişi meyiti tapılıb.
Meyitin Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Rəhimov Rüstəm Salam oğluna aid olduğu müəyyənləşdirilib.
Onun işsiz və subay olduğu məlum olub. Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə -tibbi ekspertizası təyin olunub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.