Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Terefsiz.Az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1518 nəfərə çatıb.
Ölkədə 4 281 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 69 392 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 875 nəfər sağalıb, sağalanların ümumi sayı 5 674 nəfər təşkil edir.