DİQQƏT! AZƏRBAYCANDA KARANTİN REJİMİ MÜDDƏTİ UZADILDI!

0
3481

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycanda karantin rejimi müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Müəyyən edilir ki, xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilib.

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilib.

“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilib.

Terefsiz.az