Məhkəmə “Space” televiziyasını 6 min manat məbləğində cərimələyib

0
279

Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmə iclası keçirilib.

Terefsiz az saytının xəbərinə görə, hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prsosedə qərar elan olunub.

Qərara əsasən, məhkəmə MTRŞ-nın protokolunu təmin edib, “Space” televiziyası 6 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV”-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci(televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

İstinad: Report.az

Terefsiz az