Zabratda Mayın 5-i 15:30 radələrində 10 yaşlı qız uşağı (soldakı) intihar edib.
Şahidlərin sözlərinə görə qız özünü yaşadığı mənzildə şkafın qapısından örpəklə asıb. Hadisə zamanı uşağın anası evdə olsa da, uşaq otağın qapısını bağladığı üçün hadisənin qarşısını almaq mümkün olmayıb. Qohumlarının mətbuata bildirdiyinə görə uşağın psixolojik problemləri olub. Terefsiz.az-ın aldığı digər məlumata görə uşağın sinif yoldaşı (sağdakı) da 3 gün əvvəl maşın vurması səbəbindən rəhmətə gedib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır…