Xose Bernardo və qardaşını bıçaqlayan şəxs hakim qarşısında

0
193

Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Terefsiz.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.

İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.