190 manatla bağlı BƏD XƏBƏR — Bu şəxslərə ikinci ay üçün VERİLMƏYƏCƏK

0
235
“Ödənişi ilk ayda alan, ancaq sonradan işə düzələn və ya sahibkarlıq fəaliyyətinə başlayan olarsa, onlar bu ödənişlərdən kənarlaşdırılacaq”.
Terefsiz.az bildirir ki, bu fikirləri “REAL TV”yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Mexanizmin davamlı olaraq icra edildiyini və may ayının sonunadək 2 aylıq ödənişin tam şəkildə yekunlaşdırılacağını deyən nazir, sözlərinə belə davam edib: “Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”.