Türkiyədə karantini pozan azərbaycanlıdan qəribə cavab: “Vecimizə deyil”

0
162

Türkiyədə koronavirusla bağlı karantin qaydalarını pozan azərbaycanlı saxlanılıb.

Sabah.com.tr xəbər verir ki, iki qonağını İstanbulun Taksim meydanında gəzintiyə çıxaran həmyerlimiz polis tərəfindən saxlanılıb.

O, maskasız gəzməsinə və karantini pozmasına haqq qazandırmağa çalışıb:

“Qonaqlarımı gəzintiyə çıxarmışam. Bundan əvvəl də Taksimə gəlmişdik. Siz cəriməni yazın, cəza bizim vecimizə deyil”.

Polis üç nəfəri ümumilikdə 9450 türk lirə (təxminən 2260 AZN – red.) cərimə edib.