Azərbaycan kərə yağı idxalını 30% artırıb

0
195

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 26,8 milyon ABŞ dolları dəyərində 5,4 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Dövlət Gömrük Komitəsindən Terefsiz.az – a verilən məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,2 milyon ABŞ dolları (30%) və 1,2 min ton (30,1%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.