Bakının köhnə bazarlarından olan “Nəsimi bazarı”nın söküntüsünə başlanılıb.
Terefsiz.az-in “qaynar xətt”inə verilən məlumata görə, söküntü işləri artıq başlanılıb.
Qeyd edək ki, bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi. Lakin söküntü işlərinə gözlənilmədən başlanılıb.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.
Qurumun təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov BAKU.WS-ə bildirib ki, “Nəsimi bazarı” pilot layihə çərçivəsində satılıb. Onun yerində yaşayış binası tikiləcək.
“Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq”, – deyə Qurban İsmayılov bildirib.
Xatırladaq ki, “Nəsimi bazarı” Bakının ən qədim kolxoz bazarlarından biri idi.