TƏBİB sədri həftəsonu ilə bağlı vətəndaşlara müraciət etdi: Bu tipli karantin sərtləşdirilmələri olarsa…

0
770

Biz vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün vətəndaşlar dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər.

Terefsiz.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Həftə sonunda 103 xidmətinə olan çağırışların sayı artdığı üçün ünvanlarda çatmada çox az ləngimələr oldu, bunu etiraf etməliyik.

Gecikmələrin səbəbini açıqlayan TƏBİB sədri qeyd edib ki, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq. ünvanlara gedərək COVİD-19-bağlı müayinələr aparır və nümunələr götürürlər:

“Müayinələrin cavabı bəlli olduqdan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edilirlər. Təcili yardım xidmətinin digər briqadaları isə digər xəstəliklər üzrə çağırışlara gedirlər. Lakin küçəyə çıxma qadağası ilə əlaqədar vətəndaşlar ən kiçik şikayətlər üçün də təcili yardıma müraciət ediblər, bununla əlaqədar olaraq, da gündəlik çağırış sayı 800-dək artıb”

R.Bayramlı bildirib ki, sərt karantin qaydalarının tətbiq edildiyi şənbə və bazar günlərində Azərbaycan vətəndaşlarının çox ciddi həmrəylik nümayiş etdirdiyini deyən R.Bayramlı əlavə edib ki, əksər insanlar karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edib.

O, buna görə Azərbaycan vətəndaşlarına təşəkkür də edib.