Dünyaya rəsmən elan etdilər: Koronanın dərmanı tapıldı / Qiyməti çox ucuzdur

0
357

Böyük Britaniyanın nüfuzlu “Oxford” universiteti koronavirusa qarşı dərman hazırladıqlarını açıqlayıb.

Terefsiz.az Redaktor.az-a istinadən xəbər verir ki, “Dexamethasone” adlı dərman sınaqdan uğurla çıxıb. Məlumata görə, dərman vəziyyəti ağır olan xəstələrin müalicəsi üçün istifadə olunur. Araşdırmalara görə, tibbi vasitədən istifadə ediləndən sonra koronavirus xəstələri arasında ölüm faizi azalıb. Bildirilir ki, dərmanın cuzi miqdarda dozası belə yaxşı effekt verir. Elm adamlarının sözlərinə görə, qiyməti ucuz olan dərman koronavirus xəstələri arasında ölüm faizini azaldan hələlik tək dərmandır.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda 200 min “Dexamethasone” dərmanı var və tibbi vasitələr vəziyyəti ağır olan xəstələrə tətbiq edilir.

Anar Türkeş