Vilayət Eyvazovdan YENİ ƏMR

0
271

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə yeni rəis təyin olunub.

Terefsiz.azBAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeni əmrlə polis kapitanı Vüqar Qarayev Qabil oğlu bu vəzifəni icra edəcək.

Yeni bölmə rəisi daha öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.