Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işi davam etdirilir.
Layihə üzrə yazar Günel Şamilqızının “Div olanda nə olar?” adlı hekayələr toplusu Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.