Şəkərli diabetin ilk əlamətləri açıqlanıb

0
219

Qanda qlükoza səviyyəsinin bir qədər çoxalması həkimlər tərəfindən prediabet vəziyyət olaraq təyin olunur, çünki dəyişikliklər xəstəliyi təsnif etmək üçün kifayət etmir.

Kp.ru-nun məlumatına görə, bu açıqlama ilə Rusiyanın tanınmış endokrinoloqu Nadejda Seçenova çıxış edib.

Onun sözlərinə görə, məhz bu erkən mərhələdə ikinci tip diabetin inkişafı müəyyən olunur.

“13 yetkin insandan birində prediabet var, hər altıncı uşaq hamiləlik dövründə yüksək qan qlükozuna sahib olmuş anadan dünyaya gəlir. Bu halların 84 faizində qlükoza artması şəkər xəstəliyi ilə əlaqədardır”, – deyə o bildirib.

Şəkərli diabetin inkişafına səbəb olan amillər arasında artıq çəki və hipodinamiya var. İnsanın fiziki vəziyyətini təyin etmək üçün həmin şəxsin boy və çəkisinin nisbətini əks etdirən bədən kütləsi indeksini (BMI) hesablamaq olar.

Diabet yüksək qan xolesterolu və daim yüksək təzyiq səbəbi ilə də meydana gələ bilər.

O da qeyd olunur ki, insan vərdişlərini vaxtında dəyişsə, prediabet xəstəliyin inkişafına səbəb olmur.