Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.
Terefsiz.az Trend-ə istinadən bildirir ki, bu gün fəaliyyətinə icazə verilmiş bir sıra vətəndaşların icazəsi ləğv olunub.
Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Qərara əsasən, işçi sayının 50 faiz azaldıldığı sahələr aşağıdakılardır:
Əsas istehsalat növləri üzrə:
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- qablaşdırma məhsullarının istehsalı;
- daş, metal və taxta məhsullarının istehsalı;
- mebel istehsalı və təmiri;
Pərakəndə və topdan satış üzrə:
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış
- məntəqələri;
- tikinti materiallarının və məişət xırdavatlarının satışı
- məntəqələri;
- onlayn satışlar.
Məişət xidmətləri üzrə:
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının
- təmizlənməsi;
- avtomobillərin təmiri;
- avtomobil yuyulma məntəqələri;
- heyvan sığınacaqları
Xüsusi xidmət növləri üzrə:
- tərcümə xidmətləri;
Məişət xidmətləri üzrə:
- məişət tullantılarının yığılması və utilizasiyası;
Yuxarıda göstərilən sahələrdə çalışan şəxslərin sayı ümumi işçi sayının 50 faizdən çox olmamalıdır. Bu gündən etibarən bu sahədə çalışan bir sıra vətəndaşların artıq icazəsi ləğv olunub.
Bəs icazənizin ləğv olunub-olunmadığını necə öyrənə bilərsiniz?
Bunun üçün ilk növbədə çalışdığınız müəsisəyə müraciət edib məlumat almalısınız. İkincisi isə onlayn formada my.gov.az portalında qeydiyyatdan keçib, icazənizin olub-olmadığına baxa bilərsiniz.
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə icazə sisteminə edilən digər dəyişiklik isə vətəndaşların evdən çıxma qaydaları ilə bağlıdır.
Dəyişikliyə əsasən vətəndaşlar evdən çıxmaq üçün 8103 SMS sistemiylə bərabər “E-TƏBİB” mobil tətbiqindən də istifadə edə bilərlər. Bunun üçün “E-TƏBİB” mobil tətbiqini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.
8103 SMS icazə sisteminin fəaliyyətində müəyyən dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.
Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavabla təmin olunur