Yeni yaranmış virus, ya təxirə salınmış plan?

0
265

Hamımız kimi mən də bu aralar karantindəyəm. Bizim bu “taclı” virus hələ ki çoxuna bəlli oolmayan zaman müddətincə bizi evlərimizə həbs edəcək. Yoluxmaların isə sayı günü gündən artan alqoritmlə qalxır. Dünən dostlarımdan biri mənə “ans” kanalının 2013-cü ildə xəbər buraxılışlarından video yazını yolladı. Video yazını sizə təqdim edirəm ki özünüz də buna şahid olasız. Düzü mən 2013-də bu hadisələri elə də xatırlamıram. Sən demə bu bizim “taclı” virusumuz 2013-dən tüğyan edirmiş. Bəs yaxşı 2013-cü ildə baş qaldıran bu virusa niyə çarə tapılmayıb? Hansı səbəblərdən heç bir peyvənd, və ya heç bir başqa müdafiə düşünülməyib. 7 il az zaman deyil. Bu müddət ərzindən bütün tədarüklər və hazırlıqlar görülməliydi. Bu dünya artıq çox pandemiyalar görüb. Amma 21-ci əsrin 2-ci on illiyində yaşadığımızı yada salsaq, artıq bu məsələlər texnikanın inkişaflı gedən zamanında həllini tapmalı idi. Kimə, niyə və hansı səbəblərdən bu məsələnin həlli sərf etməyib. Konspiroloq deyiləm və hansısa qüvvələrə də inanmıram. Amma bu halların hal-hazırda cəmiyyət tərəfindən bir mənalı qarşılanmadığında cəmiyyəti də günahkar bilmək özü günaha çevrilir. Kütlə adlandırılan bu xalq kimə inansın? Sonra da güvənsizlikdən danışılır. ÜST-ün ölkəmizə aid nümayəndəsi karantin zamanı rayonda istirahət edib, bunu sosial şəbəkələrdə açıq-aşkar yayımlayırsa, daha sonra buna görə üzr istəyirsə biz “kütlə” kimə inanmalıyıq? Kütlə sözünün deyəsən kökünü “küt” olduğunu düşünüb, cəmiyyətə ” nə soxuşdurmaq” istəyirlər axı?

Əmin olun, nə öz yaxınlarımın, nə də heç düşmanımın hansısa virusdan ölməsini istəmirəm. O qədər də insanlığımı itirmiş deyiləm ki bu cür ölümü kiməsə arzulayım. Amma gəlin, etiraf edək ki vəziyyətin hara getdiyi hamımıza maraqlıdır. İndiki güvənsizlik və inamsızlıqda heç də cəmiyyət günahkar deyil.

Sağ və sağlıqla qalmağımız ümidiylə….