“Korona sünidir, bu, iki ölkənin oyunudur” – Lukaşenkodan sensasiya

0
403

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Terefsiz.az xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.
“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, – Lukaşenko bildirib.
Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabətə də diqqət çəkib:
“Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”. / Teleqraf