Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.
“Yeni Bakı” Yaşayış Kompleksindәn verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən “Qәbәlә” kafesindәki ev alqı-satqısı ofisindә baş verib.
Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr “Yeni Bakı” yaşayış kompleksinin sakinlәri deyil.
***03:11
Masazırda 3 nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.
Terefsiz.az xəbər verir ki, hadisə qəsəbədəki “Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.
İstinad: Report.az
Terefsiz.az