Sizə bu karantin günlərində kimdən deyim, kimdən danışım dünəndən bu günə “lo” salan fotolardan. Fotolar deyilənə görə bu yay və məhz bu karantin günlərində “Alov qüllələri” adlanan otelin hovuzunun kənarlarında çəkilib.
Fotolardan da göründüyü kimi hovuzda çimən və uzanacaqlarda dincələnlər karantindən xəbərsiz kimi isti günəşin şüalarından həzz alırlar. Vallahi, billahi alsınlar. Orada dincəlməyin də “qiyməti” heç də ucuz deyil. Amma məgər qanun hər kəs üçün qanun deyil? Bəs 5 nəfərin yığışması? Necə olur ki, öz şəxsi həyətinda, evində kabab edənləri tutub, cərmi yazırlar amma bu kef xalqının gözünü üfləmirlər. Əziz oxuyucular, elə bilməyin ki mən fəqir, biçarə redaktor paxıllıq edirəm. Haşa! Sadəcə, əgər qanun hər kəs üçün qanundursa, bu haqqsızlıq və ədalətsizlikdir. Olmaya düz deyiblər ədalət sözü bu ölkədə ancaq müğənni adıdı?) Sosial şəbəkələrdə bu fotolar ajiotaj yaratmaqdan başqa, camaatı iki qrupa böldü. Bu dincələnlərə dəstək duranlara və qanunların belə kobud şəkildə pozularaq, haqqsızlığa uğradığını düşünən insanlara. Məqaləni yazmaqda kimi səhv, kimisə düz çıxarmaq fikrim yoxdur.
Karantin elan edildikdə, sosial məsafə və gigiyenik qaydaların gözlənilməsini tələb edildikdə bizi bu isti yay günləri evimizə qapadan kəslər, bu hadisələrə nə deyəcək görəsən? Ayın 20ə kimi uzadılan karantində evimizdə “bişməyə” məcbur olan bizlər, nə edək bəs?
Kimdir müqəssir?