Şirvan sakini bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın nahiyəsindən bıçaq yarası, başından isə küt alət zərbəsi ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bildirilir ki, həmin şəxsə xəsarətlər yaşadığı yataqxanada münaqişə zamanı yetirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.