Mehman Hüseynov anası haqqında açıqlama verdi.

0
428

Son zamanlar aktivist Mehman Hüseynovun anası haqqında sosial şəbəkələr və saytlarda şayələr gəzirdi. Mehman bu barədə öz şəxsi profilində açıqlama verib.

Bu əxlaqsız hakimiyyət mənsiz darıxır deyəsən 😁 İmkan verməz ki, müalicəmizi alıb ayağa qalxaq🙏

Artıq dirilərimizə yox, ölülərimizə sataşmağa başlayıb. Biz bu hakimiyyətin əxlaqsızlığını görmüşük, ailələmizə sataşır, camaatın namusuna sataşır, şəxsi həyatına müdaxilə edir. Bu əxlaqsızlıq mənim ailəmnən də yan keçməyib. Mən həbsdə ola-ola, böyük qardaşım xaricdə ola-ola, ortancıl qardaşım Naxçıvanda hərbi qulluğunda ölkəni qoruyan zaman, hökumət fürsətdən istifadə edib yaşlı anamı xəstəxanada öldürüb. Bizləri susdurmaq üçün, bizdən bu qədər qisas almaq bəs etməyib bunlara. İndi birdən-birə başladılar, ay nə bilim Mehmanın nəsli erməni imiş, Mehmanın anası detdom uşağı imiş, Mehmanın anasını həkimlər səhvən nənəmə ötürüblərmiş kimi dastanlar yazmağa. Amma unudublar ki, kimə baş qoşublar, Mehman Hüseynova 😁

Ay bu ölkəni idarə edən əxlaqsızlar, demirsiz Mehmanın nəsli ermənidi? Ay şəlpələr, bəs niyə mənim ailəmə qarşı illərdi ayrıseçkilik edibsiz? Niyə mənim ailəmnən dədəmə, anama, qardaşlarıma hakimiyyətdə heç bir yüksək vəzifə verməmisiz? Biz sizlərdən deyilik ki? İndiki yuxarda oturanlardan bizim nəyimiz əskikdi? Niyə ədalətli yanaşmırdız ki? Bir çox erməniyə hökumətdə ən yüksək vəzifələri veribsiz. Ölkəni əsas idarə edənlərdən bir çoxu ermənidir, bəs bizi niyə sıxıştırırsız? Bizə vəzifə düşmür? Yoxsa vəzifədə ermənilər üçün ayrılan vakansiyalar dolub? 😁

Əşi yox e, mən nə danışıram. Üzr istəyirəm, dostlar. Bizim ailəyə olan təzyiqlər, haqsızlıqlar buna görə imiş 😞 Sizdən çox şey gizlətmişəm. Daha gizlədə bilmərəm. Bunları artıq bilməlisiz….👇

Azərbaycan xalqına məxsus olan qazı erməni kilsələrinə pulsuz çəkdirən, onların qayğısına qalan yəqin mənim anam imiş😞

Rusiya ilə sərhəddə öz vətəndaşlarını ölkəyə buraxmayan, rus polisinə döydürən, cinayət işi açdıran, bu tapşırıqları verən də yəqin mənim anam imiş😞

Putinin əlindən medal alıb, yaxasına taxan yəqin mənim anam imiş 😞

Qarabağı ruslara satan da yəqin mənim anam imiş 😞

Aprel döyüşlərində ordumuzun yerləşdiyi koordinatları erməni, rus kəşfiyyatına ötürən yəqin mənim anam imiş 😞

Paşinyan Şuşada yallı gedəndə, müdafiə naziri Zakir Həsənov ora bomba atmaq istəyən zamanı, müdafiə nazirinə dayan, atma! tapşırığı verən də yəqin mənim anam idi 😞

Araz çayının üstündə, Cəbrayılda körpü tikmək üçün İran hakimiyyətinə icazə verən yəqin mənim anam imiş 😞

Yasamal hadisələri zamanı vətəndaşları evdən lüt çıxartmaq, alçatmaq işgəncə vermək qərarını verən də yəqin mənim anam imiş 😞

Baş qərargah rəisi Nəcməddin Sadıkov Azərbaycan dilində öz adını belə düzgün deməyi öyrətməyən mənim anam imiş 😞

Bakı şəhər icra başçısı, baş nazir, maliyyə naziri, iqtisadiyyat naziri, müdafiə naziri, TQDK sədri, xarici işlər naziri rus dilində danışmağı daha üstün sayırlar və rus dilini daha yaxşı bilirlər. Amma Azərbaycan dilində bir cümlə belə qurmamağı, ana dilinə hörmətsiz yanaşmağı da yəqin anam öyrədibmiş 😞

Ölkənin var dövlətini talayıb, xalqı saymayan, xalqın pulları ilə özünə bahalı, milyonluq saatlar, maşınlar, yaxtalar, təyyarələr alan da yəqin mənim anam imiş 😞

Ölkənin 20 faizi erməni işğal edib, qalan 80 faizini də Novxanı, Mərdəkan, Şüvəlan və digər bölgələrdə özünə milyonluq villa saraylar tikdirən də yəqin mənim anam imiş 😞

Rus, erməni, türk, iran agenturasını Milli Məclisə soxan, deputat mandatı verən də mənim anam imiş 😞

Xalqı çörəknən sınağa çəkən, ölkədə siyasi məhbusların həbsinə qərar verən və sonradan xarici diplomatlara boçkalarla kürü aparan, rüşvət verən də yəqin mənim anam imiş 😞

Prezident aparatına, güc strukturlarına, polisə, prokurorluğa, orduya anası, dədəsi, arvadı erməni olan kadrları yerləşdirən də yəqin mənim anam imiş 😞

Ölkədə olan rüşvətxorluğu, korrupsiyanı, məmur özbaşnalığını, işsizliyi, yoxlulluğu yayan da yəqin mənim anam imiş 😞

Kasıb ailələrin haqqını, payını, dərman pulu belə etməyən 190 manatını əlindən alan da mənim anam imiş 😞

Eh ay ana 😞 Sən nələr etdin, nələr. Niyə bu sirrləri mənə deməmiş dünyadan getdin?
Çox təəsüf ki, sən bugünü görmədin, yoxsa bu xəbərləri oxuyub çoxlu gülərdik😁❤️

Mən dünyanın ən xoşbəxt övladıyam. Firəngiz ana, səninlə fəxr edirəm. Çox sağ ol ki, dünyaya belə mərd, əxlaqlı, şərəfli övladlar gətiribsən. Sən heç nədən narahat olma, mən də tezliklə sağalacam. Sadəcə bil ki, Azərbaycan kimi gözəl ölkəni idarə edən əxlaqsızlar sənə paxıllıq edirlər. Çünki onlara belə gözəl tərbiyə, şərəf ləyaqətin nə olduğunu başa salan, əxlaq verən validenləri yoxdu. Onların validenləri onlara əxlaqsızlığı, şərəfsizliyi, tərbiyyəsizliyi, yaltaqlığı, oğruluğu, kölə olmağı öyrədiblər. Yuxarda oturanlar heç öz valideynləri tanıyırlarmı? Kimnən əmələ gəliblər, bilirlərmi? Sortları belə geydirmədi, amma hansına baxsan milli-milli, vətən, dövlət, namus, milli mənəvi dəyərlərdən danışırlar🇦🇿

Sən amma başqa analardansan. Səni nənəm, babam özləri dünyaya gətirsələrdə, detdomnan götürsələr də, səni yerdən tapsalar da bu mənim üçün heçnə dəyişdirmir, sən əbədi mənim anam qalacaqsan və mən səni həmişə çox sevəcəm. Sən öz vəzifəni layigincə yetirdin, mənə tərbiyyə, təhsil verdin, şərəfli, vicdanlı, əqidəli övlad, gözəl mərd bir vətəndaş bu ölkə üçün böyütdün. Hər şey üçün təşəkkürlər ana! Sən demokratiya uğrunda şəhid olan analardansan ❤️🙏✌️