Mədəniyyətimiz zibillər altında qalır-günakarı kim?

0
194

Bu gün çoxlarının haqqlı iradına və qəzəbinə səbəb olacaq, paylaşımla rastlaşdım. Paylaşımın müəllimi Bəxtiyar Hacıyev adlı şəxsdir.

Terefsiz.az paylaşımı sizə təqdim edirik:

“Utanıram nə olduğunu deməyə, amma deməliyəm. Maştağada XVII-XVIII əsrlərə aid hamamdır. “Qum hamamı” deyirlər. Böyük bir hissəsi torpağın altındadır. Zibilliyə çevrilib. Kimdir günahkar? Vətəndaş və işini görməyən məmur!
Maştağada 10-dan çox belə hamam olub. Səhv etmirəmsə, indi 3-ü qalıb. Bütün Abşeron kəndlərində bu formada hamamlar olub, var. 99 faizi bərbad gündədir. Maştağadakı isə dözülməzdir.
Dəfələrlə yazılıb bu barədə. Heç kim görmür? Daşı daş üstünə qoyanda 50 qurumdan qalstuklular gəlir amma. Ətrafa zibilqabları qoymaq məsul şəxslərin ağlına gəlməyib?
Təmizlik rəmzi olan hamamlar, özü də tarixi hamamlar niyə bu günə qalmalıdır?! Biz niyə öz tariximizə sahib çıxmırıq?! Mən nə qədər şikayət etməliyəm?!
Kim istəyir, gəlsin, baxsın. Nəzərə alın ki, burada nəinki koronavirus, koronavirusun əcdadına da yoluxmaq olar!
Virus mənbəyinə çevrilmiş bu abidə xəstəxananın yanında yerləşir – paradoks!”
#mashtaga #hamam #crhb

https://www.facebook.com/permalink.php?story_fbid=1040365789692711&id=100011578993154

Bu biabırçılığa göz yummaq olmaz! Mədəniyyətimizi və tariximizi nəyin ki qorumalıyıq, hətta onun üçün mübarizə aparmalıyıq. Öz zibillərimizi bu cür hara gəldi və ən pisi tarixi abidələrə atmaq bizim mənəviyyatımızın nə qədər endiyini görsədir. Biganə qalmamağımız xahişi ilə…